İsmayıllıdakı hadisələrlə bağlı cinayət işi açıldı

ismayillidaki-hadiselerle-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 646

İsmayıllı rayonunda baş verən qarşıdurma hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda bir qrup insan "Çıraq" otelinin qarşısında aksiya keçiriblər. Aksiya zamanı otel və bir neçə maşın yandırılıb.