İsmət Abasov Almaniyada rəsmi səfərdədir

ismet-abasov-almaniyada-resmi-seferdedir
Oxunma sayı: 637


Nazirlikdən “Qafqazinfo” ya daxil olan məlumata görə,səfər çərçivəsində nazir İsmət Abasov Almaniya Federativ Respublikasının sərgilərin təşkil edilməsi sahəsində ixtisaslaşan “Messe Berlin” təşkilatının “Yaşıl Həftə” layihəsinin rəhbəri cənab Lars Yegers ilə görüş keçirib.

Rəhbərlik etdiyi layihə barədə məlumat verən L.Yegers 1926-cı ildən keçirilən “Yaşıl Həftə” sərgisinin özəl sektor nümayəndələri üçün iqtisadi forum olmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq səhəsi üzrə yüksək vəzifəli hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və elm adamlarının bir araya gəldiyi mühüm siyasi-ictimai bir tədbir olduğunu bildirib.

Nazir İsmət Abasov “Yaşıl Həftə” sərgisinin Azərbaycanın kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən rəğbətlə qarşılandığını və Azərbaycanın ardıcıl olaraq bu sərgidə təmsil olunduğunu müqabil tərəfin diqqətinə çatdırıb. Azərbaycanda son illərdə baş vermiş yüksək inkişaf tempi və makroiqtisadi göstəricilərə toxunan nazir İsmət Abasov, həmçinin, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının qeyri-ənənəvi bazarlara çıxışının təmin edilməsində, yerli məhsulların iş adamlarına və istehlakçılara təqdim olunmasında bu sərginin əhəmiyyətini qeyd edib.

G. Lamusse əsasən faraş meyvə-tərəvəz məhsullarının nümayiş etdirilməsi məqsədilə hər il Berlində təşkil olunan “Frut Logistika” sərgisi barədə məlumat verərək 2012-ci ildə keçirilmiş sərgidə dünyanın 127 ölkəsindən 56 mindən çox ziyarətçinin iştirak etdiyini bildirib. Qeyd edık ki, səfər davam etməkdədir.