İsmət Abasov Fransadadır - Foto

ismet-abasov-fransadadir-foto
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, İ.Abasov Orn vilayətində yerləşən Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna səfər edərək bu qurumun fəaliyyəti, genetika sahəsində həyata keçirilən tədqiqatlar, habelə Normandiya cinsinə məxsus olan inəklərin saxlandığı təcrübə ferması ilə tanış olub, bu cinsə məxsus olan inəklərin Azərbaycana idxalı imkanları müzakirə edilib.

Heyvanlarının süni mayalanması sahəsində Fransanın təcrübəsi ilə tanış olmaq məqsədilə İ.Abasov “İMV Technologies” şirkətində olub və süni mayalama üzrə genişçeşidli məhsullara baxış keçirib. Heyvanlarının süni mayalanması sahəsində ən böyük şirkətlərdən olan “İMV Technologies” şirkətinin məhsullarının Azərbaycana idxalının mümkünlüyü müzakirə olunub.

Nazir Orn vilayətinin Leql şəhərinə səfər edərək şəhərin meri Tierry Pino ilə görüşüb. T.Pino bu səfərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyini bildirib, Leql şəhəri ilə Naftalan şəhərinin qardaşlaşması istiqamətində aparılan işlərin iki ölkənin digər şəhəri üçün örnək ola biləcəyini vurğulayıb.

Səfər davam edir.