İsmət Abbasov Braziliya səfirliyində

ismet-abbasov-braziliya-sefirliyinde
Oxunma sayı: 638

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazir Braziliya Federativ Respublikasının dövlətçilik və müstəqillik tarixində önəmli bir hadisə olan Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin adından, cənab səfiri, səfirin şəxsində bütün Braziliya xalqını ürəkdən təbrik edib.

İ.Abbasov Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu nəzərə çatdırıb və ölkələrimiz arasında energetika, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, mədəniyyət, idman və digər sahələrdə münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Nazir bildirib ki, hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı sahəsində hər iki ölkə böyük ənənəyə malikdir.

İ.Abasov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə cənab səfirin şəxsində Baraziliya hökumətinə öz təşəkkürünü bildirib.

Səfir Sergio Arudani Nazir İsmət Abasovun Baraziliyanın müstəqillik günü ilə əlaqədar tədbirdə iştirakından şərəf duyduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan və Baraziliya arasında bütün sahələrdə əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.