İspaniya dağıldı, növbə Portuqaliyanındır

ispaniya-dagildi-novbe-portuqaliyanindir
Oxunma sayı: 627

“Qafqazinfo” xəbər verir ki, türklərdən heç də az həyəcan keçirməyən azərbaycanlılar bu gecə səbirsizliklə “Fənərbaxça” “Benfika” oyununun nəticəsini gözləyəcəklər. Ispan futbol epoxasını “Çempionlar Liqa”sında yavaş-yavaş dağıdan almanlardan sonra türklər də bu gün İstanbulda tarix yazmağa çalışacaqlar “Fənərbaxça” tarixində ilk dəfə Avro Liqanın yarım finalına vəsiqə qazanmaqla bir daha azarkeşlərinin qəlbində dərin iz buraxıb. “Şükrü Saracoğlu “stadionunda keçiriləcək “Fənərbaxça” “Benfika” matçının demək olar ki, bütün biletləri artıq satılıb. Bu günkü oyunda “Fənər”in yeganə itkisi Caner Erkindir. Futbolçu ötən turda, “Latsio” ilə görüşdə sarı vərəqə alaraq cəzalı vəziyyətə düşüb. Bundan başqa “Fənər”də sarı vərəqə limitini aşmağa yaxın olan futbolçular sırasında Volkan Dəmirəl, Reto Zigler, Məhmət Topal, Dirk Kuyt , Kristiyan Baroni, Musa Sou və Piyer Vebo var. Baş məşqçi Aykut Kocamanın bu gün komandasını 4-2-3-1 taktiki sxemi ilə oyuna çıxarması gözlənilir.

“Benfika” da əsas heyətin 3 futbolçusu meydanda olmayacaq. Bunlar Luizao, Perez və Almeydadır.

Qeyd edək ki, “Fənərbaxça” “Benfika” görüşü Bakı vaxtı ilə saat 00:05 də başlayacaq.

İqbal