İspaniya futbolunda həyəcanlı anlar yaşanıb

ispaniya-futbolunda-heyecanli-anlar-yasanib
Oxunma sayı: 634

Səfərdə "Santander"in qonağı olan "Espanyol" rəqibini 1:0 hesabı ilə məğlub edib. "Sportinq" (Xixon) isə "Qranada"dan üstün olub - 2:0.

Madridin "Real" klubu bu tur Malaqaya səfər etmişdi. "Kral klubu" bu görüşdə rəqibinə aman verməyib. Ronaldonun het-triki sayəsində "Real" matçın taleyini elə ilk hissədə həll edib - 4:0.

"Barselona" isə bu tur öz meydanında "Sevilya"nı qəbul edib. İlk hissəsi bərabər bitən görüşdə fasilədən sonra da qol olmayıb. Qonaqların 9 nəfərlə qaldığı oyunun son dəqiqələrində Messi penaltini qola çevirə bilməyib.



22 oktyabr

İspaniya La Liqasında VIII turun oyunları

“Santander” – “Espanyol” - 0:1
Qol: Qarsiya, 59 (0:1)

“Sportinq” (Xixon) – “Qranada” - 2:0
Qollar: Barral, 6 (1:0), Kastro, 42 (2:0)

“Malaqa” – “Real” (Madrid) - 0:4
Qollar: İquain, 11 (0:1), Ronaldo, 24 (0:2), 28 (0:3), 38 (0:4)

“Barselona” - “Sevilya” - 0:0



23 oktyabr

“Betis” – “Rayo Vallekano”

“Real” (Sosyedad) – “Qetafe”

“Osasuna” – “Saraqoza”

“Atletiko” (Madrid) – “Malyorka”

“Valensiya” – “Atletik” (Bilbao)

“Villareal” – “Levante”