İspaniya Kataloniya hökumətini buraxdı

ispaniya-kataloniya-hokumetini-buraxdi
Oxunma sayı: 1081

İspaniya hökuməti tərəfindən buraxılan Kataloniya parlamenti qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sabaha təyin olunan parlamentin rəyasət heyətinin iclası da ləğv edilib. 

Kataloniya parlamentinin spikeri Karme Forkadel növbədənkənar seçkilər keçirilənə kimi, yəni dekabrın 21-nə kimi öz postunda qalacaq. 

İspaniya Baş prokurorluğu isə Kataloniyanın keçmiş rəhbərliyinə qarşı iddia qaldırıb. 

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də regionun müstəqilliyi ilə bağlı qətnamə qəbul edib.