İspaniya Kataloniyanın müstəqillik qətnaməsini ləğv etdi

ispaniya-kataloniyanin-musteqillik-qetnamesini-legv-etdi
Oxunma sayı: 941

İspaniyanın konstitusiya məhkəməsi Kataloniyanın müstəqilliklə bağlı qətnaməsini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, Kataloniya hökumətinin rəhbəri vəzifəsindən azad olunan Karles Puçdemon 100-dən çox jurnalistin iştirakı ilə baş tutan və canlı yayımlanan mətbuat konfransında bildirib ki, yaradılan şəraitdə İspaniya hökuməti ilə hansısa nəticəyə gəlmək mümkünsüz idi:

“Kataloniya hökuməti Madridlə dialoq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdı, lakin bunun mümkün olmadığını gördükdə müstəqilliyini elan etməyə məcbur oldu”.

Puçdemon onu da qeyd edib ki, Kataloniya hökuməti 21 dekabrda keçiriləcək növbədənkənar seçkilərin istənilən nəticələrini qəbul edəcək. O, eyni zamanda vurğulayıb ki, Madrid Kataloniya xalqının iradə nümayişinə hörmət etməlidir: “Əgər Avropa İttifaqı Madridin güc nümayişini dəstəkləsə, bu, Avropanın əsaslandığı idealların sonu deməkdir”. 

Puçdemon, həmçinin Belçikada siyasi sığınacaq almaq istəməsi ilə bağlı xəbərləri də təkzib edib.