İspaniya kralı Kataloniyadakı referendumu tanımadı

ispaniya-krali-kataloniyadaki-referendumu-tanimadi
Oxunma sayı: 1539

İspaniya kralı VI Filipp Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsverməni tanımadığını bəyan edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə kral muxtariyyət ərazisində keçirilmiş səsvermədən iki gün sonra televiziya efirində çıxışı zaman bildirib.

Onun sözlərinə görə, Kataloniya hökuməti referendumu qeyri-qanuni olaraq keçirib və onlar İspaniyanın birliyinə xələl gətirmək məqsədilə demokratik prinsipləri pozublar.

 Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada keçirilən səsvermədə seçicilərin 90 faizi İspaniyadan asılılığın əleyhinə səs veriblər.