İspaniya millisi 27 ildən sonra eyni taleyi yaşadı - Video

ispaniya-millisi-27-ilden-sonra-eyni-taleyi-yasadi
Oxunma sayı: 2633

İspaniya millisi UEFA Millətlər Liqası çərçivəsində İngiltərə yığması ilə qarşılaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ispanlar rəqibinə 2:3 hesabı ilə məğlub olub.

3 qolu da ilk hissədə buraxan İspaniya millisi 27 ildən sonra eyni taleyi yaşayıb. Belə ki, bu komanda sonuncu dəfə 1991-ci ildə Macarıstanla dostluq matçında (2:4) ilk hissədən 3 qol buraxmışdı.