İspaniya polisi Kataloniyada hökumət binasına basqın etdi

ispaniya-polisi-kataloniyada-hokumet-binasina-basqin-etdi
Oxunma sayı: 1208

Referendum hazırlığında olan Kataloniya Regional Hökumətinin binasına İspaniya polisi tərəfindən basqın edilib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, bu basqınla İspaniya hökuməti Kataloniyada idarəetməni ələ keçirib.

Polis digər rəsmi binalarda da əməliyyat keçirib. Hökumətin iqtisadiyyat naziri Xosep Mariya və bir neçə rəsmi şəxsin saxlanıldığı bildirilir.

Basqına etiraz edən minlərlə kataloniyalı küçələrə axışıb.

Qeyd edək ki, Kataloniya müstəqillik əldə etmək üçün 1 oktyabrda referendum keçirmək istəyir. Rəsmi Madrid isə bunu qanunsuz hesab edir.