İspaniya Səudiyyəyə bomba satışını dayandırır - Pullarını geri qaytarır

ispaniya-seudiyyeye-bomba-satisini-dayandirir
Oxunma sayı: 1067

İspaniya Səudiyyə Ərəbistanına 400 lazer bombasının satışını dayandırır.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyi müqavilə imzalansa da, adıçəkilən bombaların Yəməndə istifadə ediləcəyini əsas gətirərək satışını dayandırmağı planlaşdırdığını açıqlayıb. 

Nazirlikdən İspaniyanın rəsmi xəbər agentliyi olan EFE-yə verilən məlumata görə, bombalar üçün ödənilən 9,2 milyon avro geri qaytarılacaq və beləliklə,  2015-ci ilin yanvarında İspaniya ilə Səudiyyə arasında imzalanan saziş qüvvədən düşəcək. 

Xatırladaq ki, BMT-nin 28 avqustda açıqladığı hesabatda Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın bəzi rəhbər şəxslərinin müharibə cinayəti törətdiyinə dair əsaslar olduğu qeyd edilmişdi.