İspaniya Xorvatiyanı darmadağın etdi - Video

ispaniya-xorvatiyani-darmadagin-etdi
Oxunma sayı: 3101

UEFA Millətlər Liqasının A liqasının 4-cü qrupunda İspaniya öz meydanında Xorvatiyanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, ispanlar son dünya çempionatının finalçısını 6:0 hesabı ilə darmadağın ediblər.

Bu oyun Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti kimi də yaddaşlara yazılıb.

Qeyd edək ki, İspaniya qrupda 6 xalla liderdir. İngiltərə və Xorvatiya isə hələlik xal qazana bilməyib.

İspaniya - Xorvatiya 6:0

Qollar: Saul, 24, Asensio, 33, Kaliniç, 35-avtoqol, Rodriqo, 49, Ramos. 57, İsko, 70