İspaniyada dəhşətli qəza- - 77 ölü + Yenilənib

ispaniyada-dehsetli-qeza-
Oxunma sayı: 1232


Qatar Qalisiya muxtar cəmiyyətinin mərkəzi olan Santyaqo-de-Kompostela şəhərinin dəmir yolu stansiyası yaxınlığında qəzaya düşüb. Yerli KİV-in məlumatına görə, qatar sərt döngəyə girə bilməyib. Bununla belə yerli sakinlər bildiriblər ki, qəzadan əvvəl partlayış səsi eşidiblər.

Bundan əvvəl bildirilib ki, 40-45 nəfər həlak olub, təxminən 200 nəfər xəsarət alıb.

Son məlumatlara görə, ən azı 70 nəfər yaralanıb. Qəza baş verən Qalisiya regionunun başçısı, Alberto Nunyes Feyxoo qurbanların sayının ən azı 56 nəfər olmasını təsdiq.

***

İspaniyanın şimal-qərbində baş verən dəmir yolu qəzasında həlak olanların sayı ən azı 77 nəfərə çatıb. Əvvəl 69 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, xilasedicilər dağıntılar altından 73 meyit çıxarıblar, daha 4 nəfər xəstəxanada vəfat edib.