İspaniyada hökumət dəyişdi, Kataloniya yenidən müstəqillik arzusuna düşdü

ispaniyada-hokumet-deyisdi-kataloniya-yeniden-musteqillik-arzusuna-dusdu
Oxunma sayı: 1688

Kataloniya muxtariyyətinin rəhbərliyi İspaniyadan ayrılaraq müstəqil omaq üçün yenidən hərəkətə keçib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu, İspaniyadan Baş nazir Mariano Rajoyun istefası və onun yerinə Pedro Sançezin seçilməsindən sonra baş verib.

Kataloniya rəhbəri Quim Torra müstəqillik mübaizəsinin davam etdiriləcəyini bildirərək, yeni baş nazirə danışıqlar üçün çağırış edib:

“Gəl danışaq, problemi müzakirə edək. Buna ehtiyac var”.

Xatırladaq ki, ötən il oktyabrın 1-də keçirilən referendumdan sonra Kataloniya müstəqilliyini elan etmişdi. Lakin İspaniya hökuməti Kataloniya hökumətini istefaya göndərdikdən və bir neçə vəzifəli şəxs həbs etdikdən sonra, sabiq lider Karles Puçdemon Belçikaya qaçmaq məcburiyyətində qalmışdı.