İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - Video

ispaniyada-mese-yangini-2000-e-yaxin-insan-texliyye-edildi
Oxunma sayı: 1251

İspaniyanın Qran-Kanariya adasında meşə yanğını səbəbindən 40 yaşayış məntəqəsi təxliyyə olunub. “Qafqazinfo” bildirir ki, bu barədə Kanar adalarının xilasetmə xidməti Tvitter hesabında yazıb.

Qurumun məlumatına görə, yanğın 1700 hektar meşə sahəsini əhatə edib. 40 yaşayış məntəqəsindən ümumilikdə 2000-ə yaxın insan təxliyyə edilib. Adada fövqəladə vəziyyət elan olunub.