İspaniyada növbəti terror - Yaralananlar var+ Yenilənib

ispaniyada-novbeti-terror
Oxunma sayı: 1140

İspaniyada gün ərzində ikinci terror hücumu baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.

İnsident Kataloniya vilayətinin Kambrils şəhərində qeydə alınıb. Terrorçu avtomobili piyadaların üzərinə sürüb.

“Cadena Ser” radiosunun məlumatına görə, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Bundan əvvəl polis Kambrilsdə bir neçə teraktın baş verdiyini bildirib. Açıqlamada 4 terrorçunun öldürüldüyü, daha 5-nin isə yaralı olaraq ələ keçirildiyi qeyd olunub. Terrorçuları zərərsizləşdirən zaman 1 polis əməkdaşının da xəsarət aldığı bildirib.

Şahidlərin sözlərinə görə, öldürülən terrorçuların cəsədlərinin yanında partlayıcı maddə olub. 

***

Polis Kambrils şəhərində vəziyyətin nəzarət altına götürüldüyünü açıqlayıb. 

"Polis şəhərdə əməliyyata davam edir, amma indi vəziyyət nəzarətdə saxlanılır. İnsanları ehtiyatlı olmağa dəvət edirik",-deyə məlumatda qeyd olunub.

***
Hücum nəticəsində polis əməkdaşı da daxil olmaqla 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu vurğulanıb.

***

Yaralı olaraq ələ keçirilən terrorçulardan biri ölüb. Ölən terrorçuların sayı 5-ə çatıb.

***

Polis terrorçuların üzərlərində "şəhid kəməri"nin (bomba) olduğunu təsdiq edib.