İspaniyada saxlanılan türk əsilli yazıçı şərti azadlığa buraxılıb

ispaniyada-saxlanilan-turk-esilli-yazici-serti-azadliga-buraxilib
Oxunma sayı: 627

İspaniyada həbs olunan Türkiyə hökumətinin tanınmış tənqidçisi şərti azadlığa buraxılıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, yazıçı Madridi tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Xatırladaq ki, Doğan Akhanlı tətilini keçirdiyi Qranada şəhərində şənbə günü saxlanılıb.

Türk əsilli alman yazıçısı Doğan Akhanlı Türkiyədə insan hüquqlarının durumu barədə geniş yazıların müəllifidir. Hazırda onun daimi yaşayış yeri Almaniyadır.

60 yaşlı yazıçı, o cümlədən, 2007-ci ildə Türkiyənin erməni əsilli jurnalisti Hrant Dinkin öldürülməsi və 1915-ci il hadisələri barədə yazıları da qələmə alıb.