İspaniyada səfirin 17 minlik saatı oğurlandı

ispaniyada-sefirin-17-minlik-saati-ogurlandi
Oxunma sayı: 1587

Madrid şəhərində yaşayan Əfqanıstanın İspaniyadakı səfiri Barselonada soyğunçuların qurbanı olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “El Periodico” qəzeti yazıb.

Belə ki, zərərçəkmişə hücum edən bir qrup naməlum şəxs onu döyərək 17 min avro dəyərində olan “Bvlgari" markalı saatını oğurlayıb. Səfir ayağından zədələnib.

Polis əməkdaşları cinayətkarların axtarışına başlayıb.