İspanlar “Qarabağ”dan yazdı - “O, vətən üçün futbolu tərk etdi”

İspanlar “Qarabağ”dan yazdı
Oxunma sayı: 1720

İspaniyanın məşhur “El Pais” nəşri “Qarabağ” klubu haqqında reportaj hazırlayıb. Onlar  Qarabağın işğalından və eyniadlı komandanın 24 ildir doğma şəhərdə futbol oynaya bilməməsindən yazıb. "Qafqazinfo" xəbər verir ki, nəşr ermənilərin işğalından söz açıb.

Məqalədə həmçinin “Qarabağ”ın futbolçularının fikirlərinə yer verilib. Qurban Qurbanovun köməkçisi Ruben Selles həmyerlilərinə bu barədə məlumatlar verib: “Rəşad Sadıqov və Qara Qarayev bu münaqişəni ən yaxın iştirakçılarıdır. Kapitan da, Qarayev də olanları gömüş futbolçularımızdır. İldə bir dəfə biz bu barədə yığıncaq edirik. Qarayev qaçqın düşərgəsində böyüyüb. Rəşad Sadıqov da qaçqın sayılır. Bu klubun ən əziz adamı Allahverdi Bağırovdur. O, vətəni qorumaq üçün futbolu tərk etdi. Futbolda olanlardan dəstə yaradıb müharibəyə yollanıb. Düşmən tanklarını məhv etmək üçün çıxdığı döyüşdə həyatını itirib”.

“Var olmayan bir şəhəri təmsil etmək çətindir. Ümid edirəm biz doğma stadionumuza dönəcəyik” – bunları isə Qurban Qurbanov bildirib.

İspaniyalı yarımmüdafiəçi Dani Quintana isə Azərbaycan barədə ümumi danışıb: “Bakı supermodern şəhərdir. Burada hər şey var. Bizim tez-tez getdiyimiz ispan restoranları da mövcuddur. Mən burada oynamaqdan zövq alıram. Mən “Əl Əhli”yə getməmişdən öncə “Qarabağ” məni istəyirdi. Lakin mən ərəb klubunu seçdim. Ordan ayrıldıqdan sonra 3-cü klub olduğu üçün Azərbaycan klubunda  meydana çıxa bilməzdim. Buna baxmayaraq “Qarabağ” mənimlə müqavilə imzaladı. 6 ay ölkəyə uyğunlaşma prosesi keçdim. Oynadığım ən ciddi klubdur”.

Jezniçak da klub və ölkə barədə fikirlərini açıqlayıb: “Mənim üçün burada heç bir problem yoxdur. Seçim edərkən, Dani Kintana ilə məsləhətləşdim və qərar verdim. Azərbaycanın əsas gəlir mənbəyi neftdir. Amma burada əla infrastruktur var”.

Miçel Madera da həmyerlilərinə Ağdam klubuna keçməsi barədə məlumat verib: ““Qarabağ” Avropa Liqasında oynadığı üçün məni maraqlandırırdı. Komandanın hədəfləri var idi. “Malyorka”dakı maddi problemlər də müəyyən mənada öz sözünü dedi”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi