İspanlar reytinq cədvəlində də hegemonluq edir

ispanlar-reytinq-cedvelinde-de-hegemonluq-edir
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ispan klublarının uğurlu çıxışı cədvəldə də əks olunub. Belə ki, 8 ən güclü klub arasında 4 İspaniya təmsilçisi yer alıb. Bundan başqa, “Barselona” və “Real” ilk pillələri heç kimə verməyib. Çempionlar Liqasının finalçıları – “Bavariya” 4-cü, “Çelsi” isə 7-ci pilləyə yüksəlib. Avropa Liqasında eyni uğura imza atan “Atletiko Madrid” və “Atletik Bilbao” isə siyahıda uyğun olaraq 5-ci və 8-cidir. Bu il Avrokuboklarda uğursuz çıxış edən “Mançester Yunayted” 8-ci sıradan 22-ci pilləyə yuvarlanıb.

Ən güclü 400 klub arasında yeganə Azərbaycan təmsilçisi olan “Qarabağ”ın mövqeyində nəzərəçarpacaq dəyişiklik olmayıb. Ötən ay 279-cu sırada qərar tutan Ağdam klubu bu dəfə 280-ci yerdə qərar tutub. Qurban Qurbanovun yetirmələri “Anortosis” (Kipr), “Santa Fe” (Argentina), “Qutyerres” (Meksika), “Nyuelz Old Boyz” (Argentina), “Alianza Lima” (Peru) və “Kann” (Fransa) komandaları ilə eyni xala malikdir.

Ceyhun Əhmədov