“Qafqazinfo”nun verdiyi xəbərə görə, günün ən gözlənilməz nəticəsi Mançesterdə qeydə alınıb. “Qırmızı şeytanlar” evdə “Atletik Bilbao”ya 2:3 hesabı ilə məğlub olub. İspaniyanın digər təmsilçiləri də qələbə qazanıb. “Atletiko Madrid” doğma meydanda “Beşiktaş”ı 3:1 hesablı məğlubiyyətə uğradıb. “Valensiya” isə Hollandiyanın PSV klubuna üstün gəlib – 4:2.
Cavab görüşləri bir həftə sonra keçiriləcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (Bilbao, İspaniya) -2:3
Ueyn Runi, 22; 90 (pen) - Fernando Llorente, 44; Oscar de Markos, 72; Iker Muniain, 90
"Standard" (Belçika) - "Hannover" (Almaniya) - 2:2
Yoni Buyens, 27; Mohammed Çite, 30 - Lars Stindl, 22 (pen); Mame Biram Diouf, 56
"Valensiya" (İspaniya) - PSV (Hollandiya) - 4:2
Viktor Ruiz, 11; Roberto Soldado, 13; 43 (pen); Pablo Piatti, 56 - Ola Toyvonen, 83 (pen); Georginio Vijnaldum, 90
"Alkmaar" (Hollandiya) - "Udineze" (İtaliya) - 2:0
Maarten Martens, 63; Erik Falkenburg, 84
"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1
David Fuster Torrijos, 50
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Alexandre Luiz Reame, 51
"Tvente" (Hollandiya) - "Şalke" (Almaniya) - 1:0
Luk de Yong, 61 (pen)
"Atletiko" (İspaniya) - "Beşiktaş" (Türkiyə) - 3:1
Eduardo Salvio, 24; 27; Adrian, 37 - Simao 53
Ceyhun Əhmədov