“İsrafçılığa yol verilməməlidir” – - Mübariz Qurbanlı

israfciliga-yol-verilmemelidir-
Oxunma sayı: 1830


“Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bununla bağlı dövlətin mövqeyi bəllidir: "Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi də 2009-cu ildə Qazilər Şurasının ayrı fətvası da mövcuddur. Orada da yas mərasimlərində israfçılığa yol verilməməsinə çağırış edilib. Tövsiyəmiz odur ki, yas mərasimləri hansısa məsələlərdə israfçılığa gətirib çıxarılmamalıdır və vətəndaşlar burada dinin tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər. Bir çox rayonlarda yas mərasimlərində insanlar mövcud tövsiyələrə əməl edirlər. Bakı şəhərində də məsələ ilə bağlı bir çox dəyişikliklər həyata keçirilir. Bu gün Azərbaycanda məsələ həm ictimaiyyətin, həm də medianın diqqət mərkəzindədir. Əminəm ki, məsələnin həll olunmasında hər iki tərəf öz sözünü lazımi şəkildə deyə biləcək. Bundan sonra yas mərasimləri milli adət-ənənələrə uyğun olaraq həyata keçirə biləcəyik".