İsrail “Ağ dəbilqəlilər”i Suriyadan çıxardı

israil-ag-debilqelileri-suriyadan-cixardi
Oxunma sayı: 1153

İsrail "Ağ dəbilqəlilər" vətəndaş cəmiyyətinin üzvlərini Suriyadan evakuasiya edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon Tvitter səhifəsində yazıb:

"Onlar Suriyanın cənubunda döyüş bölgəsindən çıxarılaraq qonşu ölkəyə evakuasiya olunublar".

Naxşon bildirib ki, onlar bu addımı ABŞ, Kanada və Avropa ölkələrinin istəyi ilə atıblar. Evakuasiya edilən 800 nəfər "Ağ dəbilqəlilər"in arasında onların ailə üzvləri də var.