“İsrail-Azərbaycan: strateji ittifaq”

israil-azerbaycan-strateji-ittifaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, İsraildə Xocalı soyqırımı qurbanlarının xatirə gününə həsr edilmiş “İsrail-Azərbaycan: strateji ittifaq” adlı elmi praktiki konfrans baş tutub. “İsrail-Azərbaycan” Beynəlxalq Assosasiyasının Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S. Daniel Abraham Mərkəzi ilə birgə təşkil etdiyi konfrans çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşkilatçılığı və dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş fotosərgi açılıb.

Sərgidə Heydər Əliyev Fondunun hazırladığı kitablar, foto, video materiallar, eləcə də Azərbaycan Prezidenti Admnistrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında hazırlanmış və Azərbaycan, ingilis, rus, fransız, alman və ərəb dillərinə tərcümə olunmuş “Xocalı. XX əsrin soyqırımı” kitabı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bröşürlər, audio-video materiallar nümayiş etdirilir.

Sərgidə nümayiş olunan materiallarda ermənilərin qadın, uşaq və qocalara qarşı amansızlığı, Qarabağın qanlı-qadalı illərində yer üzündən silinən bir yurdun faciəsi əksini tapıb. Bu materiallar miqyasına və dəhşətlərinə görə dünya tarixində nadir faciələrdən olan Xocalıda baş verənləri tarixi sübutlarla diqqətə çatdırılır.

Sərginin izləyənlər arasında İsrail Knessetinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, elm adamları, elmi araşdırma mərkəzlərinin nümayəndələri, aparıcı politoloqlar, Xarici İşlər Nazirliyinin nümayəndələri və İsraildə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri də vardır.

Sərgidə iştirak edən millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşmüş, bu dəhşətli faciəni törədənlərin tezliklə ədalət məhkəməsi qarşısında cavab vermələrinin vacibliyini qeyd edib.

Səidə