İsrail daha Türkiyədən pomidor almayacaq

İsrail daha Türkiyədən pomidor almayacaq
Oxunma sayı: 976

İsrail Türkiyədən kənd təsərrüfatı məhsulları idxalını dayandırıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədə yazıb:

"Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalının dondurulması təlimatını verdim. İkiüzlü şəkildə İsrailə əxlaq dərsi keçməyə çalışan ölkəyə dəstək olmayacağıq".

Qeyd edək ki, Türkiyədən İsrailə ixrac edilən məhsullar siyahısında sadəcə pomidor yer alır. Ötən il Türkiyə İsrailə 9 milyon dollarlıq pomidor ixrac edib. 

Nuranə

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi