İsrail Dəməşqdə yanacaq anbarını bombaladı

israil-demesqde-yanacaq-anbarini-bombaladi
Oxunma sayı: 638

Dəməşq aeroportu yaxınlığında iki güclü partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış hava limanından 25 kilometr uzaqlıqda yerləşən paytaxtda da hiss edilib. 

Hadisə yanacaq anbarının partlaması nəticəsində baş verib. 

Reuters partlayışın İsrailin endirdiyi hava hücumu nəticəsində baş verdiyini açıqlayıb. Belə ki, İsrailin hədəfində "Hizbullah"-ın anbarı olub. Lakin Suriya və İsrail rəsmiləri şərh verməkdən imtina ediblər.