İsrail əsgəri 17 yaşlı fələstinlini öldürdü

israil-esgeri-17-yasli-felestinlini-oldurdu
Oxunma sayı: 1767

Qərbi Şeriada yerləşən Ramallah şəhəri İsrail əsgərləri tərəfindən hücuma məruz qalıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atışma zamanı 17 yaşlı fələstinli gənc dünyasını dəyişib. 

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, İsrail əsgərləri fələstinlərini nəzarətdə saxlamaq üçün Ramallahın şimal-qərbinə basqın təşkil ediblər. 

Əsgərlərin həqiqi və plastik mərmilərdən istifadə etdiyi hücumda Musab Firas et-Temimi adlı gəncin şəhid olduğu məlum olub.