Qəzzada dinc aksiya keçirən fələstinlilər yenə atəşə tutulublar.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Fələstini işğalda saxlayan İsrail əsgərləri 14 nəfəri yaralayıb.
Yaralılar arasında “Anadolu” agentliyinin fotoqrafı Əli Cadallah da var. Sol əlindən yaralanan foto-jurnalist xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 30 martdan etibarən “Böyük qayıdış yürüşü” devizi altında keçirilən aksiyalarda 130-dan çox fələstinli öldürülüb, 14 mindən çoxu isə yaralanıb. Ölənlər arasında 2 jurnalist və 2 səhiyyə işçisi də var.