İsrail Fələstin müftisini azadlığa buraxıb

israil-felestin-muftisini-azadliga-buraxib
Oxunma sayı: 646

SalamNews –un “Aljazeera.net”ə istinadən verdiyi xəbərə görə, israil polsi Fələstinin muftisinin Əqsa məscidində radikal israillilər və müsəlmanlar arasında yaranan qarşıdurmada sonar saxlayıb və onun 6 saar dindirilməsindən sonar azad ediblər.

Mənbə bildirib ki, Fələstin Muxatariyyəti muftinin azad edilməsi üçün tələb irəli sürüb. Digər tərəfdən muftinin tutulmasından sonra İordaniya parlamenti İsraillə sülh razılaşmasına yenidən baxılmasını və həmçinin İsrail səfirinin Əmmandan çıxarılmasını tələb ediblər. Hadisələrin ardından İsrail polisi onu azad etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, dünya müsəlman alimləri birliyindən bir heyət Qəzzə zolağına daxil olub və qonaqları Qəzzə hakimiyyətinin sədri İsmail Həniyyə qarşılayıb. Qonaqlar Fələstin torpaqlarının tam şəkildə azad edilməsindən ötrü bütün səylərini göstərəcəklərini bildiriblər.