İsrail fələstinlilərin zeytun ağaclarını məhv edir

israil-felestinlilerin-zeytun-agaclarini-mehv-edir
Oxunma sayı: 642

“Azerimuslims.com”un “Fələstin” İnformasiya Mərkəzinə (FİM) istinadən bildirdiyinə görə, İsrail işğal qüvvələri fələstinlilərə məxsus zeytun ağaclarını məhv ediblər. FİM-in xəbərində İsrail tərəfinin ağacların təhlükəsizlik divarından dolayı kəsildiyi bildirilib.

Fələstin xalqını iqtisadi cəhətdən çökdürməyə çalışan işğal ordusunun Fələstin ərazilərində inşa etdiyi təhlükəsizlik divarı üçün böyük ərazini tutan təsərrüfat sahələrini buldozerlərlə yerlə-yeksan edib. Fələstinin Səlfit rayonunun Meşa qəsəbəsinin sakini əkinçi Hani Məhəmməd Əmir ərazisində 100 zeytun ağacının kökündən qoparıldığını deyib.

“Bugün səhər buldozerlərin səsinə oyandıq. İşğalçı əsgərlər orduya aid buldozerlərin köməyi ilə Meşə qəsəbəsində “dağıntı işləri”nə başladılar. Mənim təxminən 100 zeytun ağacım da kökündən qoparıldı. İşğalçı rejimin irqçilik zəminində inşa edəcəyi divar üçün qəsb etmək istədiyi yer böyük bir ərazidir. Kənd təsərrüfatı ilə məşğul olan qəsəbədəki fələstinlilər çox böyük çətinliklərlə üzləşəcəklər”, - deyə Məhəmməd Əmir bildirib.