İsrail gəmiləri yenə buraxmadı

israil-gemileri-yene-buraxmadi
Oxunma sayı: 634

ANS PRESS-in “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlıları Kanadanın “Təhrir” və İrlandiyanın “Sirşe” gəmilərini Qəzza yaxınlığında beynəlxalq sularda saxlayıblar.

İsrail hökuməti gəmi heyətinə istiqaməti dəyişmək haqqında xəbərdarlıq etdiyini, ancaq gəmi kapitanlarının xəbərdarlığa əhəmiyyət verməyərək Qəzzaya hərəkətlərini davam etdirdiklərini bildirib. Bundan sonra “Təhrir” və”Sirşe” yedəyə alınıb. Əməliyyat zamanı 27 nəfərin saxlanıldığı və onlardan heç birinin xəsarət almadığı yayılan xəbərlər arasındadır.

Xatırladaq ki, “Təhrir” və “Sirşe” Qəzza sahillərinə noyabrın 2-də Türkiyədən istiqamət götürmüşdü. Dünya fəalları Qəzza sektorundakı blokadanı aradan qaldırmaq məqsədilə ekspedisiyalar təşkil edir. Bu ekspedisiya “Azadlıq donanması” adı altında həyata keçirilir.