İsrail geri addım atdı

israil-geri-addim-atdi
Oxunma sayı: 639

İsrail hərbi-siyasi kabineti məscidlərin qarşısına quraşdırılmış metal axtaranların sölükməsinə qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun dəftərxanasından bildirilib.

Polis artıq Məscidi-Aksada metal axtaran qurğuları sökməyə başlayıb.

Bununla belə qurğular təhlükəsizlik kameraları ərazidə saxlanılır. Kameralar şəxsiyyətin müəyyən edilməsi, təhülkəli davranışın nəzarətə götürülməsi, silah və partlayıcı maddəni aşka edə bilir.

Qeyd edək ki, bir neçə gün öncə fələstinli gənclərin İsrail polisinə hücum etməsindən sonra Məscidi-Aksa ətrafında metal axtaran qurğular quraşdırmışdı. Bu isə yerli müsəlman ərəb əhalinin etirazlarına səbəb olmuşdu.