İsrail geri addım atdı

İsrail geri addım atdı
Oxunma sayı: 1643

İsrail sərt etirazlardan sonra verdiyi qərarı dondurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Qüdsdəki kilsələrə vergi tətbiq edilməsi qərarı xristian əhali tərəfindən sərt etirazla qarşılanmışdı.

Qərarda vergini ödəməyən kilsələrin bağlanılacağı və mülkünün müsadirə ediləcəyi də nəzərdə tutulmuşdu.

İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahson bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya təşkil ediləcək və ona qədər qərar dondurulacaq. Komissiyaya Baş nazir Benyamin Netanyahu, Qüds Bələdiyyəsinin sədri Nir Berakat, Regional Əməkdaşlıq naziri Tzaçi Haneqbi və digər rəsmilər daxil olacaqlar.

Növbəti günlərdə komissiya üzvlərinin görüşünün keçirilməsi nəzərdə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi