İsrail ilk dəfə “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək

İsrail ilk dəfə “erməni soyqırımı”nı tanımaq üçün iclas keçirəcək
Oxunma sayı: 2844

İsrail parlamenti (Knesset) ilk dəfə qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirəyə çıxaracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu təklif “Merets” partiyasının sədri Tamar Zandberq tərəfindən Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda verilib. Parlamentdə təklif əleyhinə çıxan olmadığından məsələnin müzakirəsi qərara alınıb. Knessetin spikeri Yuliy Edelşteyn “Məclis “erməni soyqırımı”nı tanımalıdır. Çünki belə daha düzgün və dürüstdür”, - deyə açıqlamasında bildirib. 

Müzakirələrin başlayacağı tarix hələlik açıqlanmayıb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi