İsrail indi də Livanla araya divar hörür

israil-indi-de-livanla-araya-divar-horur
Oxunma sayı: 647

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən bildirir ki, Fələstində İordan çayının qərb sahilinə və Misirlə sərhədə divar hörərək, beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalan İsrail indi də təhlükəsizliyini təmin etmək iddiası ilə Livanla sərhəd ərazilərdə divar inşa etməyə başlayıb.

“əl-Ərəbiyyə” telekanalının xəbərinə görə, İsrail ordusunun mətbuat xidmətinin katibi inşaat işlərinin BMT-nin Livandakı müvəqqəti sülhməramlı qüvvələri (UNIFIL) ilə əlaqəli şəkildə həyata keçirildiyini deyib.

Ordu rəsmisi divarın inşasının sözügedən ölkə ilə həmsərhəd ərazilərdə toqquşmaların qarşısını almaq məqsədi daşıdığını bildirib. İsrail ordu radiosunun xəbərində divarın hündürlüyünün bir neçə metrə çatacağı vurğulanıb.

Habelə xəbərdə inşaat işlərinin bir neçə həftə ərzində yekunlaşdırılmasının gözlənildiyi qeyd edilib.