İsrail İranın pilotsuz təyyarəsini vurdu

israil-iranin-pilotsuz-teyyaresini-vurdu
Oxunma sayı: 641

ƏL-Ərəbiyənin İsrail kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumatda, cənub Hebron Dağında vurulmuş pilotsuz təyyarənin gələcək hücumlar üçün Dimona nüvə reaktorunun İrandan hava kəşfiyyatına yollanıldığı qeyd edilir.

İsrailin “Ynet” xəbər saytının yazdığına görə, Aralıq dənizindən İsrail hava məkanına daxil olmuş təyyarə atom stansiyasına ziyan vurmasa da, İran və Hizbullaha İsrail üzərində “böyük psixoloji qələbə” səbəb olacaq. İsrail ordusunun sözçüsü polkovnik-leytenant Avital Leyboviç jurnalistlərə verdiyi müsahibədə, pilotsuz təyyarənin Qəza Zolağına yaxın bir ərazidə Aralıq dənizi üzərində qeydə alındığını və İsrail hava məkanına keçdikdən sonra, hava qüvvələrinin onun təqibinə düşdüyünü açıqlayıb.

O, izləmədən sonra, təyyarənin insanların olmadığı Yatir meşəsində vurmağı qərar aldıqlarını diqqətə çatdırıb. Hazırda İsrail hərbi ekspertləri pilotsuz təyyarənin, Livanda qərarlaşmış kommanda mərkəzindən, yoxsa kosmik peyk naviqasiya sistemindən idarə olunduğunu öyrənməyə çalışır.

"İsrail İran və Hizbullahın texnoloji imkanlarından xəbərdardır. İndi əsas müzakirə olunan məsələ, pilotsuz təyyarənin yeridilməsinə İsrailin nə cavab verəcəyidir” deyə ali hərbi rəsmi qeyd edib. "ƏL-Ərəbiyə" isə railin gələcəkdə belə pilotsuz təyyarələrin İran və Hizbullah tərəfindən hücum məqsədləri ilə də istifadə olunacağından qorxduğunu iddia edir.