İsrail Liviyada səfirlik açır

israil-liviyada-sefirlik-acir
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Qatar və İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Tripolidə səfir olacaq İsrail diplomatının adı da bilinib.
İsraildə nəşr olunan “Haaretz” qəzeti yazır ki, danışıqlar Liviyanın Milli Keçid Şurasının (MKŞ) üzvləri ilə aparılıb. Qəzetin məlumatına görə, MKŞ-in təmsilçisi Şaban Əhməd deyib ki, Liviyanın İsraillə münasibətər qurmağa ehtiyacı var. Liviyada səfir olacaq İsrail diplomatının adının Şaron Kabalo olduğu qeyd olunur.
Qəzet həmçinin yazır ki, İngiltərədəki yəhudi lobbisi Britaniya hökuməti ilə danışıqlarda Liviyada yaşayan yəhudilərin yenidən bu ölkəyə dönmək istədiklərni bildirib. Liviya pasportu ilə geri dönmək istəyən yəhudi icması Tripoli və Binqazidəki mülklərini də geri istəyb.
MKŞ-nın təmsilçilər ilə görüşən İngiltərə yəhudiləri diasporunun rəhbəri Rafael Luzon yaxın zamanlarda Liviyaya səfər etmək niyyətini açıqalyıb.

Livanda nəşr olunan “Daily Star” qəzeti İsrailin Misirə də yeni səfir göndərəcəyini yazıb. Avqustda İsrail-Misir sərhədində yəhudi əsgərlərinin sərhəd mühafizəçilər tərəfindən öldürülüməsindən sonra paytaxt Qahirdəki İsrail səfirliyinə hücum olmuşdu. Sentyar ayında isə İsaril səfirlik əməkdaşlarını Misirdən çıxarmışdı. Yeni səfirin bu gün Qahirədə olacağı gözlənilir.