İsrail mindən çox məhsulu Qəzzaya buraxmır

israil-minden-cox-mehsulu-qezzaya-buraxmir
Oxunma sayı: 863

2006-cı ildən etibarən Qəzza Zolağını blokadada saxlayan İsrail bu bölgəyə 1000-dən çox növ məhsulun girişinə də qadağa qoyub.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, “Qəzza Blokadası ilə Mübarizə Xalq Komitəsi” həmin məhsulların siyahısını açıqlayıb.

Siyahıda uşaq əşyaları, inşaat materialları, elektron cihazlar da yer alıb. Hazırda sadəcə qida məhsulları və tibbi ləvazimatların girişinə icazə verilir.

Tətbiq edilən qadağa səbəbindən Qəzza Zolağında iqtisadiyyat çöküb, bir çox iş yerləri bağlanıb və insanların təməl ehtiyaclarını əldə etmək imkanları məhdudlaşıb.

Xatırladaq ki, İsrail baş naziri Benyamin Netanyahu 9 iyulda Qəzzaya ticarət məhsullarının girişi üçün istifadə edilən Kərm Əbu Səlim məntəqəsinin də bağlanılacağını açıqlamış, bu qərar qida məhsulları və tibbi ləvazimatlar istisna olmaqla 17 iyulda tətbiq edilməyə başlanmışdı.