İsrail Misirlə əlaqələr üçün yollar axtarır

israil-misirle-elaqeler-ucun-yollar-axtarir
Oxunma sayı: 643

“Qaqfazinfo”nun məlumatına görə, İsrailin “Haaretez” qəzetinə açıqlama verən yüksək səviyyəli diplomatik mənbə bildirib ki, Sələfi Nur Partiyası və “Müsəlman qardaşlar”ın təmsilçiləri qəbul edəcəyi halda İsrailin Qahirəyə yeni səfiri bu qruplar ilə danışıqlar aparmaq istəyir.

Sözügedən mənbə Amitainin səfir olaraq aidiyyatı olan bütün qurum və təşkilatlarla münasibətlər qurmağının vacibliyindən danışıb.

“Misir xalqı və Fələstin ilə düşmən olmadığımızı açıqlamaq üçün cəhdlər etməliyik”, deyən mənbə fələstinlilərin ərəb dünyasını arxalarınca sürükləyə bilməyəcəklərni söyləyib.

Qərb ölkələri də Hüsnü Mübarəkin hakimiyyəti zamanı məsafə saxladığı İslami qruplarla görüşməyə və əlaqələr qurmağa başlayıb.