İsrail parlamenti erməni “soyqırımı”nı müzakirə edib

israil-parlamenti-ermeni-soyqirimini-muzakire-edib
Oxunma sayı: 651

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İsrail parlamentində 1915-ci ildə Türkiyədə baş verən hadisələr müzakirə edilib.

1915-ci ildə Türkiyədə baş verən ermənilərlə bağlı hadisələrin müzakirə edildiyi toplantıdan sonra açıqlama verən Knessetin sədri Reuven Rivlin bu məsələyə görə Türkiyə hökumətini ittiham etmək niyyətində olmadıqlarını deyib.

Habelə parlament sədri açıqlamasında mövzunun siyasi müstəviyə çıxarılaraq, siyasiləşdirilməməsinin vacibliyini vurğulayıb. Bunun belə o, digər insanların başına gələn fəlakətlərin görməməzliyə vurulmamasının lazımlığını iddia edib.