İsrail polisi namaz vaxtı müsəlmanlara hücum etdi - Fotolar

israil-polisi-namaz-vaxti-muselmanlara-hucum-etdi
Oxunma sayı: 678

Qüdsdə 1 həftədir fələstinlilərə qarşı sərt tədbirlər görülür.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, öncə “Məscidi-Əqsa”da atışma baş vermiş, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü.

Bu hadisədən sonra müsəlmanları “Məscidi-Əqsa”ya girişinə qadağa qoyulub.

Bu səbəbdən fələstinlilər küçələrə çıxaraq mitinqlər keçirir və qadağanın götürülməsini tələb edirlər.

Yerli camaata sərt müdaxilədən çəkinməyən İsrail polisi bu gün Cümə namazı vaxtı müsəlmanlara hücum edib. Polis məscidə giriş qadağan edidiyi üçün küçədə namaz qılan camaatı uzaqlaşdırmaq istəyib. Nəticədə çaxnaşma çıxıb. Polis plastik mərmi, səs qumbarası və gözyaşardıcı qaz istifadə edib. Fələstinlilər isə daş ataraq qarşılıq verməyə çalışıblar.

Hadisələr zamanı 3 nəfər ölüb, 150 nəfər isə yaralanıb.

İsrail polisi isə hadisələri “daş atanlara müdaxilə” kimi açıqlayıb.