İsrail Qəzzada 35 obyekti vurdu - Son 4 ilin ən güclü zərbəsi

israil-qezzada-35-obyekti-vurdu
Oxunma sayı: 1527

İsrail ordusu Qəzzada 35 obyekti bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, İsrail ordusu bu aviazərbəni son dörd ilin ən güclü hücumu adlandırıb. 

İnsident İsrail baş naziri Binyamin Netanyahunun bugünkü çıxışından dərhal sonra reallaşıb. Belə ki, baş nazir Fələstin döyüşçülərinin bu gün səhər İsrailə 28 raket və minaatan mərmi atdığını və ölkəsinin buna sərt cavab verəcəyini bəyan etmişdi. 

İsrail tərəfinin iddiasına görə, bu, Fələstin tərəfindən son 4 ildə edilən ən kütləvi hücum olub. Nəticədə İsrail heç bir itki verməyib. Hərbçilərin sözlərinə görə, Fələstinin atdığı minaatan mərmilərin böyük qismini raket əleyhinə müdafiə kompleksləri tərəfindən zərərsizləşdirmək mümkün olub. 

Aviazərbə ilə bağlı İsrailin müdafiə naziri Aviqdor Liberman da tvitter hesabında yazıb. O bildirib ki, Qəzza sektorunun bütün ərazisində terror infrastrukturuna kütləvi hücum həyata keçiriblər. Hədəf HƏMAS və “İslam cihadı” olub.