İsrail Qəzzanı bombaladı

İsrail Qəzzanı bombaladı
Oxunma sayı: 643

İsrail ordusu blokada şəraitindəki Qəzza şəhərinə qırıcı təyyarələr və tanklarla hücum edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib.

Məlumatda iki hədəfin vurulduğu bildirilib. Qeyd edilib ki, bu hücum gün ərzində İsrailin cənubuna atılan üç raketə qarşılıq olaraq edilib.

Raket mərmiləri boş sahəyə düşüb və xəsarət alan olmayıb.

Qeyd edək ki, dünən ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanımasından sonra Fələstin və İsrail arasındakı gərginlik pik həddə çatıb. Gün ərzində fələstinlilərlə İsrail polisi arasında qarşıdurmalar davam edib və 108 fələstinli yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi