İsrail Qəzzanı bombaladı

israil-qezzani-bombaladi
Oxunma sayı: 1053

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza sektorundakı 3 HƏMAS obyektini vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hava zərbələri Qəzza sektorundan İsrail tərəfinə atılan raket zərbələrinə cavab olub. 

Tərəflərin qarşılıqlı raket zərbələri Trampın Qüdsü İsrailin paytaxt elan etməsindən sonra başlayan etiraz aksiyaları ilə bərabər hər gün baş verir.