İsrail Qəzzanı bombaladı - 25 yaralı

israil-qezzani-bombaladi
Oxunma sayı: 1297

İsrail ordusu blokada şəraitindəki Qəzza şəhərinə raket zərbələri endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, raketlərdən biri hava hücumundan müdafiə sistemi vasitəsilə havada məhv edilib.

Lakin digər 2 mərmi hədəfləri vurub. Hücum nəticəsində 6-sı uşaq olmaqla 25 nəfər yaralanıb.

Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanımasından sonra Fələstin və İsrail arasındakı gərginlik pik həddə çatıb. İki gün ərzində fələstinlilərlə İsrail polisi arasında qarşıdurmalarda yüzlərlə fələstinli yaralanıb, 2 nəfər ölüb.