İsrail Qəzzanı vurur

israil-qezzani-vurur
Oxunma sayı: 1436

İsrail ordusu Qəzza sektoruna zərbələr endirməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Ordunun bəyanatında bildirilir ki, İsrail hərbçiləri “Həmas”ın Qəzza sektoruna terror məqsədi daşıyan raket atəşinə cavab olaraq hücuma keçiblər. 

Qeyd edək ki, bu gün səhər raket hücumu nəticəsində İsrailin mərkəzi hissəsində yaşayış evi dağılıb. Üçü uşaq olmaqla yeddi nəfər yaralanıb. Naş nazir Binyamin Netanyahu bu səbəbdən ABŞ səfərini yarımçıq qoyub.