İsrail Qəzzaya hücumu dayandırdı

israil-qezzaya-hucumu-dayandirdi
Oxunma sayı: 846

İsrail ordusu Qəzzaya hücumu dayandırıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Həmas” məlumat yayıb. Qeyd olunub ki, İsraillə qarşılıqla danışıqlar aparılıb, Misir tərəfiin vasitəçiliyi ilə atəşkəsə nail olunub. 

Xatırladaq ki, İsrail hərbçiləri “Həmas”ın Qəzza sektoruna terror məqsədi daşıyan raket atəşinə cavab olaraq hücuma keçmişdilər.

Bu məqamda bildirək ki, dünən raket hücumu nəticəsində İsrailin mərkəzi hissəsində yaşayış evi dağılıb. Üçü uşaq olmaqla yeddi nəfər yaralanıb. Naş nazir Binyamin Netanyahu bu səbəbdən ABŞ səfərini yarımçıq qoyub.