Qəzzada ölənlərin sayı 53-ə çatdı - Yenilənib

qezzada-olenlerin-sayi-53-e-catdi
Oxunma sayı: 1551

Qəzza Zolağında İsrail və “Həmas”ın qarşılıqlı raket zərbələri davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail qırıcıları “Əl-Əqsa” televiziya kanalının binasını vurublar.

Dağıntılar səbəbindən kanalın yayımı bir müddət dayanıb, daha sonra başqa mərkəzdən davam etdirilib.

Qeyd edək ki, İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Həmas”ın İsrailə atdığı 200 raketdən çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, 60-ı hədəflərə çatıb. Məlumata görə, elektrik stansiyası, ev, obyektlər və bir avtobusun vurulduğu deyilir. “Həmas” avtobusda 1 ölü, 21 yaralının olduğunu bilirsə də, İsrail avtobusun boş olduğunu açıqlayıb.

***

“Gazeta.ru”nu məlumatına görə, Qəzzada ölənlərin sayı 53-ə çatıb. 20 nəfər isə yaralanıb.