İsrail qırıcıları Qəzzanı bombaladı

israil-qiricilari-qezzani-bombaladi
Oxunma sayı: 952

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza sektorundakı HƏMAS obyektlərini vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bir neçə saat öncə Qəzza sektorundan İsrailin Aşkelon şəhərinə raket atılıb. İsrail ordusu isə bunun cavabında Qəzzanın cənubundakı HƏMAS obyektlərinə hava zərbələri endirib.